Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.
Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.
“Report” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilir ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya naziri K.Rammohan Naidu ilə hadisənin təfərrüatlarını müzakirə edib. Nazirin özü təyyarə qəzasının baş verdiyi əraziyə gedib.
Təyyarənin havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.
Əhmədabad hava limanında bütün uçuşları müvəqqəti olaraq dayandırılıb.
Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.
Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.
Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.
“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.
Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.