• 26 °C
|

İbrahim Namayva: Milli birlik və həmrəylik Afrika ölkələrinin Fransanın müstəmləkəçiliyinə qarşı silahıdır

12 İyun 2025
img

Fransa müstəmləkəçiliyi və neomüstəmləkəçiliyi mövzusu son həftə ərzində Afrika ölkələri və Türkiyə mətbuatında aktual olaraq qalıb.

“Report”un məlumatına görə, nigeriyalı vətəndaş cəmiyyəti fəalı və Məsuliyyətli Vətəndaşlığın Təşviqi Hərəkatının (MPCR) üzvü İbrahim Namayva (Ibrahim Namaiwa) yerli “Télé Sahel” telekanalına bildirib ki, Fransa cəhalət ölkəsinə çevrilib.

"Fransa bizə müharibə elan edib və o, heç vaxt bizi rahat buraxmayacaq. Bir zamanlar bu, maarifçilik Fransası idi, bu gün isə görürük ki, o, cəhalət Fransasına çevrilib – terror törədən və suveren dövlətlərə müharibə elan edən həmin Fransaya. Biz bu vəziyyəti dərk edərək başa düşürük ki, Fransa heç vaxt bizi rahat buraxmayacaq. Buna görə də bizim silahımız ümumi səfərbərlik, zəifləməməli olan milli birlik və həmrəylik olmalıdır", – fəal hesab edir.