• 24 °C
|

IDF: İranın İsrail istiqamətində atdığı bütün pilotsuz uçuş aparatları zərərsizləşdirilib – YENİLƏNİB

13 İyun 2025
img

İranın İsrailə doğru buraxdığı bütün pilotsuz uçuş aparatları (PUA) zərərsizləşdirilib.

“Report” “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

"İsrail ordusu İranın bütün PUA-larını uğurla zərərsizləşdirib", – IDF-dən bildirilib.

Daha əvvəl İranın son bir neçə saat ərzində İsrailə doğru 100-dən çox PUA buraxdığı bildirilmişdi.

10:50

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bu gün səhər İran ərazisindən İsrailə doğru atılan pilotsuz uçuş aparatlarını vurmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd olunub ki, pilotsuz uçuş aparatları İsrail sərhədlərindən kənarda vurulur.

Nəşr bildirib ki, əgər pilotsuz uçuş aparatları əvvəlcədən zərərsizləşdirilməsə, bir saat ərzində İsrailə çata bilər.