İranın İsrailə zərbələri nəticəsində ağır yaralanan qadın xəstəxanada keçinib.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, zərbələr Təl-Əvivdə ciddi dağıntılara səbəb olub, binaların uçqunları altında insanlar qalmış ola bilər.
Milli Tibb Xidməti 63 zərərçəkmişə yardım göstərildiyini açıqlayıb.
İsraildə İranın raket zərbələri nəticəsində azı 63 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
Portala görə, yaralılardan birinin vəziyyəti kritikdir, digərinin vəziyyəti isə ağırdır.
İsraildə İranın raket zərbələri nəticəsində azı 35 nəfər yaralanıb.
"Report“un İsrailin "Ynet" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Tibb Xidmətinin direktoru Eli Bin bildirib.
Onun sözlərinə görə, iki nəfərin vəziyyəti ağırdır, digərləri qəlpələrdən yüngül və ya orta dərəcəli xəsarətlər alıblar.
İsrail polisi bildirib ki, hazırda mina təmizləyənlər raketlərin düşdüyü yerlərdə işləyirlər. Məlumata görə, Təl-Əvivin Maliyyə Mərkəzi, İsrail Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təl-Nof Hava Bazası, Hayfa bölgəsində bir neçə nöqtə, Qəzza sahilində qaz platforması zərbələrə məruz qalıb.