14 İyn 2025
İranın İsrailə raket zərbələri nəticəsində zərərçəkənlərin sayı, geniş miqyaslı maddi ziyan vurulmasına baxmayaraq, az olub.
"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Tel-Əviv hərbi dairəsinin komandanı bildirib.
"Mülki şəxslərin [təxliyə] təlimatlarına əməl etməsi sayəsində, zərərçəkənlərin sayı nisbətən azdır və geniş miqyaslı dağıntıları nəzərə alsaq, onların hamısı cüzi yaralanıb", – İsrail ordusu öz Telegram kanalında komandanın adını çəkmədən onun sözlərini təqdim edib.