• 6 °C
|

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yeraltı silah istehsalı sexinin məhv edildiyini açıqlayıb

5 Yanvar 2025
img

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində yeraltı silah istehsalı sexi ilə yanaşı, HƏMAS-ın dörd üzvünün də məhv edildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ordunun teleqram kanalı bildirib.

“Bu gün İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Balahda avtomobildə olan HƏMAS-ın dörd silahlı terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib", – qurumdan bildirilib.

Həmçinin qeyd olunub ki, həmin ərazidə əsgərlər HƏMAS-ın silah istehsalı obyektinin yerləşdiyi yeraltı tunel marşrutunu aşkar edərək sıradan çıxarıblar. Kompleksdə bir neçə torna dəzgahı, eləcə də emal və kəsici dəzgahlar və hərbi avadanlıqlar olduğu bildirilir.