ABŞ İmmiqrasiya və Gömrük Xidməti (İGX) qeyri-qanuni miqrantlarla mübarizəni təmin etmək üçün minlərlə yolsuzluq avtomobilinin alınması və təchiz edilməsinə təxminən 100 milyon dollar xərcləyəcək.
"Report" xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
"Hüquq-mühafizə orqanları tərəfindən istifadə üçün modifikasiya edilmiş, o cümlədən faralar, sirenlər, səs sistemləri, tünd şüşələr və silahlar üçün kilidli saxlama yerləri, həmçinin "taktiki oturacaq örtükləri" kimi əlavə seçimlərlə təchiz olunmuş tamamilə yeni yolsuzluq avtomobilləri vergi ödəyicilərinə təxminən 100 milyon dollara başa gələ bilər", – nəşr yazır.
Daha əvvəl "Washington Post" qəzeti hökumətin daxili sənədlərinə və podratçılardan birinin nəşrinə istinadən bildirmişdi ki, İGX Vaşinqtonda təhlükəsizliyi gücləndirmək üçün 25 yolsuzluq avtomobilinin alınması və onların xarici görünüşünün dəyişdirilməsinə 2,4 milyon dollardan çox vəsait xərcləməyi planlaşdırır.