• 15 °C
|

KİV: Aİ bir sıra sahələrdə Suriyaya qarşı sanksiyaları dayandıracaq

19 Fevral 2025
img

Avropa İttifaqı ölkələri enerji və nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı tətbiq edilən sanksiyaları dayandırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” müvafiq bəyannamə layihəsinə istinadən məlumat yayıb.

Sənəddə Aİ Şurasının Suriyaya qarşı enerji, nəqliyyat, ölkənin yenidən qurulması, habelə bununla bağlı maliyyə və bank əməliyyatlarının aparılması sahələrində qüvvədə olan bir sıra məhdudlaşdırıcı tədbirlərin dayandırılması qərarından bəhs edilib.