• 27 °C
|

KİV: “Avropa üçlüyü”nün nazirləri Cenevrədə İranın XİN başçısı ilə görüşəcək

19 İyun 2025
img

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ("Avropa üçlüyü") Yohann Vadeful, Jan-Noel Barro və Devid Leammi iyunun 20-də Cenevrədə iranlı həmkarları Abbas Əraqçi ilə İranın nüvə proqramı ətrafında vəziyyətlə bağlı danışıqlar aparacaqlar.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi alman mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu danışıqlardan əvvəl "Avropa üçlüyü"nün nümayəndələri Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşəcəklər. Mənbə bildirib ki, plan ABŞ ilə razılaşdırılıb. Görüş Almaniyanın Cenevrədəki konsulluğunda planlaşdırılır.