• 23 °C
|

Kreml: Rusiya Ukraynaya 6 mindən çox meyiti təhvil verib

16 İyun 2025
img

Rusiya Ukraynaya ümumilikdə 6 060 Ukrayna Silahlı Qüvvələri zabit və əsgərinin meyitini təhvil verib.

“Report”un yerli KİV-lərinə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

"Qarşı tərəfdən 78 hərbçimizin meyiti alınıb", – o, teleqram kanalında yazıb.