• 27 °C
|

Londonda ikigünlük ABŞ-Çin ticarət danışıqları yekunlaşıb

11 İyun 2025
img

ABŞ və Çin rəsmiləri Londonda ticarət danışıqlarını yekunlaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

İyunun 9-da başlayan danışıqlarda Çin tərəfini Baş nazirin müavini Xe Lifen təmsil edib. ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir daxil idi.

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-dan 11-dək Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. Həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100 %-i ötmüş qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, iyunun 5-də Çin sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəliblər.