• 26 °C
|

Mask USAID-in ləğv prosesinin başlandığını bildirib

3 Fevral 2025
img

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask “X” sosial şəbəkəsində paylaşım edib.

"Biz USAID-in ləğvi prosesindəyik", – o bildirib.

İ.Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır… Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".