• 12 °C
|

Niderland kralı Azadlıq Partiyasından olan nazirlərin istefasını qəbul edib – YENİLƏNİB

3 İyun 2025
img

Niderland kralı Villem-Aleksander ölkənin Baş naziri Dik Shofun daha əvvəl hakim koalisiyadan çıxmış ifrat sağçı Azadlıq Partiyasına məxsus hökumət üzvlərinin istefası ilə bağlı müraciətini qəbul edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kral sarayının bəyanatında deyilir.

Qeyd olunur ki, nazirlərin, eləcə də 4 dövlət katibinin vəzifələri kabinetin digər üzvlərinə keçəcək.

Baş nazir və digər nazirlər öz vəzifələrini qoruyublar.

17:45

Niderland hökuməti istefaya gedir.

"Report"un TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin baş naziri Dik Shof bəyan edib.