• 17 °C
|

Pakistan ordusu Hindistanın üçüncü qırıcısını vurub – YENİLƏNİB

7 May 2025
img

Pakistan Hərbi Hava Qüvvələri daha bir Hindistan təyyarəsini vurub.

“Report”un xəbərinə görə, bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla üç Hindistan təyyarəsini vurub”, – telekanalın mənbələri qeyd ediblər.

Üçüncü təyyarə Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib.

01:31

Pakistanın Hava Hücumundan Müdafiə Sistemi Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Fransa istehsalı olan iki “Rafale” qırıcısını vurub.

“Report” xəbər verir ki, bu barədə “SAMAA TV” Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.