• 24 °C
|

Pentaqon rəhbərinin keçmiş müşaviri: ABŞ zərbələrdən iki saat əvvəl İrana xəbərdarlıq edib

30 İyun 2025
img

Vaşinqton hücumdan iki saat əvvəl Tehrana İranın nüvə obyektlərinə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edib.

"Report"un xəbərinə görə, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsində yazıb.

"Aydınlaşdırmaq istərdim. ABŞ nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl İrana hücum barədə xəbərdarlıq edib", – o qeyd edib.

Amerika lideri Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İslam Respublikası rəsmiləri ABŞ-nin İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində olduğunu son ana qədər bilmirdilər. Tramp həmçinin deyib ki, ABŞ-nin Fordodakı nüvə obyektinə hücum edəcəyini heç kim təsəvvür edə bilməz, çünki o, keçilməz hesab olunurdu.