• 35 °C
|

Qərb Ukraynaya silah tədarükünü bərpa edib

11 İyul 2025
img

Ukrayna Prezidenti Volodimir Zelenski xarici hərbi yardımın çatdırılmasının bərpa olunduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında bildirib.

"Bütün məlumatlara görə, çatdırılmalar bərpa edilib", – Zelenski yazıb.

Onun sözlərinə görə, gələn həftə Kiyev ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla işi davam etdirəcək.