• 21 °C
|

Qəzzada atəşkəs razılaşması yanvarın 19-da saat 8:30-da qüvvəyə minəcək

18 Yanvar 2025
img

Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari “X” sosial şəbəkəsindəki mikrobloqunda məlumat verib.

"Tərəflər və vasitəçilər arasında əldə olunmuş razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-u Qəzza vaxtı ilə səhər saat 8:30-da qüvvəyə minəcək", – o qeyd edib.