• 14 °C
|

Rütte: Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib

15 May 2025
img

NATO-nun baş katibi Mark Rütte İstanbulda Rusiya-Ukrayna danışıqlarında Moskvanın göndərdiyi heyətin tərkibindən narazıdır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, bunu Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

"Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərib", – o qeyd edib.

Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir, o, 2022-ci ilin yazında da İstanbulda Rusiya danışıqçılar qrupuna başçılıq etmişdi.