• 28 °C
|

Tramp Ağ Evdə İsrail-İran münaqişəsi ilə bağlı müşavirəni başa çatdırıb – YENİLƏNİB

19 İyun 2025
img

ABŞ Prezidenti Donald Tramp öz administrasiyası ilə İsrail və İran arasındakı münaqişə ilə bağlı müşavirəni başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin istinad etdiyi Ağ Ev nümayəndəsi bunun nə vaxt başladığını və nə qədər davam etdiyini açıqlamayıb. Ağ Evin Situasiya otağı qapalı görüşlər üçün təhlükəsiz otaqdır.

“The Wall Street Journal”ın daha əvvəl xəbər verib ki, Tramp çərşənbə axşamı axşam köməkçilərinə deyib ki, o, İrana hücum planını təsdiqləyib, lakin Tehranın nüvə proqramından əl çəkəcəyini gözlədiyi üçün onu həyata keçirmək üçün hələ əmr verməyib.

01:53

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “NBC News” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Telekanal qeyd edib ki, görüş Ağ Evin Situasiya otağında keçirilir. Bu, qapalı görüşlər üçün təhlükəsiz otaqdır.