• 36 °C
|

Tramp ona qarşı sui-qəsd cəhdinin araşdırılmasından məmnundur

13 İyul 2025
img

ABŞ prezidenti Donald Tramp bildirib ki, bir il əvvəl Pensilvaniya ştatında keçirilən mitinqdə ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən razıdır.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına müsahibəsində bildirib.

"FTB və Məxfi Xidmət məni dəfələrlə məlumatlandırıb, mən bundan razıyam", – deyə o bildirib.

Prezident qeyd edib ki, sui-qəsd onun mühafizəsinə cavabdeh olanların buraxdığı bir neçə səhvin nəticəsində baş verib. "Onlar binaya (atəş açılan – red.) kimisə təyin etməli idilər, yerli polis ilə əlaqəni daha yaxşı saxlamalı idilər", – deyə o əlavə edib.

Tramp həmçinin cinayətkarı operativ şəkildə zərərsizləşdirən snayperə diqqət çəkib. "Bizim snayperimiz beş saniyədən az müddətdə böyük məsafədən bir atəşlə onu vura bildi. Əgər o bunu etməsəydi, vəziyyət daha pis olardı".