• 24 °C
|

Tramp Rusiya və Ukrayna münaqişəsini dünyanın ən mürəkkəb münaqişəsi adlandırıb

25 İyun 2025
img

Rusiya və Ukrayna münaqişəsi dünyadakı digərləri münaqişələrdən daha mürəkkəbdir.

“Report”un TASS-a istinadən verdiyi məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp NATO sammitinin yekunlarına dair Haaqada keçirilən mətbuat konfransında bildirib.

"Bu münaqişə insanların təsəvvür edə biləcəyindən daha mürəkkəbdir. Rusiya Prezidenti Vladimir Putin daha mürəkkəb çıxdı. Açığı, mənim Ukrayna Prezidenti Vladimir Zelenski ilə bəzi problemlərim olub. Siz bəlkə də bu barədə oxumusunuz. Bu münaqişə digər müharibələrdən daha mürəkkəbdir", – o bildirib.