• 23 °C
|

Türkiyə Ordusu Suriyada yeni əməliyyat keçirib, 23 terrorçu öldürülüb

2 Fevral 2025

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.