Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidentini "Azadlıq" ordeni ilə təltif etmək barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.
Qeyd olunub ki, Andjey Duda "Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində göstərdiyi şəxsi xidmətlərinə görə" ordenlə təltif edilib.
Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb.
"Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var", – məlumatda bildirib.
Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi.
Xatırladaq ki, A.Dudanın prezidentlik müddəti bu il avqustun 6-da başa çatır.