• 29 °C
|

Lefke Avropa Dövlət Universiteti azərbaycanlı abituriyentlər üçün tələbə qəbulu elan edir

18 Avqust 2025
img

Türk yurdu Kiprdə 1990-cı ildən fəaliyyət göstərən Lefke Avropa Dövlət Universiteti 2025/2026-cı tədris ili üçün azərbaycanlı abituriyentlərə sərfəli şərtlərlə bakalavr və magistratura pillələri üzrə yalnız attestat əsasında qəbul elan edib.

Mediaplus.az xəbər verir ki, Kıbrıs Bilim Fondu və Türkiyə Yüksək Təhsil Qurumu (YÖK) tərəfindən təsis olunan universitetdə hazırda 80-dən çox ölkədən 12 minə yaxın tələbə təhsil alır.

Abituriyentlər turizm, diş həkimliyi, əczaçılıq, iqtisadiyyat və menecment, mühəndislik, İKT, memarlıq və dizayn, hüquq, kənd təsərrüfatı və texnologiyaları fakültələrində təhsil ala bilərlər. Bundan əlavə, 3+1 proqramı çərçivəsində İngiltərənin Bradford Universiteti ilə ikili diplom qazanmaq imkanı mövcuddur.

Üstünlüklər:

  • 70%-dək təqaüd və endirimli təhsil paketləri

  • Təhsil haqqı, yaşayış və gündəlik 3 dəfə qidalanma paketə daxildir

  • Təhsil ingilis və türk dillərində aparılır

Tələb olunan sənədlər:

  • 12 ədəd 3×4 ölçülü fotoşəkil

  • Şəxsiyyət vəsiqəsinin surəti

  • Xarici pasport

  • Attestat və ya diplomun notarial qaydada ingilis dilinə tərcüməsi

Magistratura üzrə təhsil haqqı illik 2200 AZN-dən başlayır.

Əlavə məlumat üçün:
+99450 3123982 (WhatsApp)
www.eul.edu.tr