• 27 °C
|

Allahşükür Paşazadə: Qalib xalqın şeyxülüslamıyam və bununa qürur duyuram

5 İyul 2025
img

Erməni kilsəsi ilə olan əlaqələrimiz qələbəmizdən öncə fərqli idi.

"Report” xəbər verir ki, bu sözləri qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“Çünki 2020-ci ilə qədər kilsə rəhbərləri ilə görüşdə onlar özlərini qalib kimi göstərir, bizə istehza ilə baxırdılar. Bu məni də incitdiyi kimi, Azərbaycan xalqını da incidirdi.

Mən indi qalib xalqın şeyxülüslamıyam və bununa qürur duyuram”, – QMİ sədri bildirib.