Avropa mediasında qadınlar haqqında mənfi stereotiplər mövcuddur.
"Report" xəbər verir ki, bunu beynəlxalq hüquq professoru, BMT-nin eksperti Bəhicə Camal (Bahija Jamal) Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.
Ekspert çıxışına bəzi media subyektlərində qadınlara qarşı yazılmış neqativ xəbərlərin və fotoların əks olunduğu təqdimatı da daxil edib:
Onun sözlərinə görə, mediada qadınlar haqqında höküm sürən mənfi stereotiplər islamofobiyanın genişlənməsinə səbəb olur:
"Təqdimatda əks olunmuş fotolarda əyani mübaliğə var. Qadınların bu formada təqdim olunması heç də xoş qarşılanmır. Eləcə də müsəlman qadınların səsinin mediada eşidilməməsi təəssüf doğurur".