• 26 °C
|

QMİ sədri: Azərbaycandakı dini münasibətlər digər müsəlman ölkələrinə nümunə göstərilir

6 İyun 2025
img

Dünyanın bəzi bölgələrində müsəlmanlar arasında iğtişaşlar baş verir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda dinlər və məzhəblər arasında hər hansı münaqişə yoxdur:

"Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda İslamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı qərar qəbul edilib. Qərarda göstərilib ki, Azərbaycanın bu sahədəki təcrübəsi nümunə götürülməlidir.

O konfransda qəbul olunan bəyənnaməni bu yaxınlarda dərc edəcəyik. Müsəlman Ağsaqqallar Şurasının konfransı gələn il Azərbaycanda keçiriləcək. Dövlət başçısının apardığı siyasət sayəsində Azərbaycanda dinlərarası ədavət yoxdur".