• 24 °C
|

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB-1 – FOTOLENT

30 Mart 2025
img

Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər Məscidi kompleksində, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.

Bayram namazında dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Ceyhun Məmmədov

***

saat 09.01

Bakıda bayram namazı qılınıb.

APA xəbər verir ki, axund Hacı Faiz Nağızadənin imamətliyi ilə saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb.

***

saat 08.00

Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.

APA xəbər verir ki, Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.

Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.

Foto – Rüfət Mustafayev ©️ APA GROUP