• 27 °C
|

Yeni Papanın seçilməsi üçün konklav mayın 7-də başlayacaq

28 Aprel 2025
img

Yeni Papanın seçilməsi üçün konklav mayın 7-də toplanacaq.

APA xəbər verir ki, bu barədə Vatikanın sözçüsü bildirib.

Vatikanın sözçüsü qeyd edib ki, Romada toplanan katolik kardinallar Papa Fransiskin varisini seçmək üçün konklavın başlama tarixini mayın 7-nə təyin ediblər.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü. O, aprelin 26-da dəfn edilib.