• 3 °C
|

9 ildə ilk dəfə: “Google”un qlobal axtarışlarda payı azalıb

17 Yanvar 2025
img

"Google" axtarış sisteminin dünya üzrə payı doqquz ildə ilk dəfə azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Statcounter” məlumat yayıb.

"Google"un qlobal axtarışda payı 2015-ci ildən bəri ilk dəfə olaraq 90%-dən aşağı düşüb. Belə ki, 2024-cü ilin oktyabrında "Google"un axtarış payı 89,34%-ə, noyabrda 89,99%-ə, dekabrda isə 89,73%-ə düşüb.

Öz növbəsində, "Google"un itirilmiş axtarış trafiki tədricən "Bing", "Yandex" və "Yahoo" arasında bölüşdürülüb.