• 13 °C
|

Astanaya yola düşən təyyarə təcili Yekaterinburqa qayıtdı

15 Yanvar 2025
img

Yekaterinburqdan Astanaya uçan "Red Wings" aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Koltsovo hava limanına qayıdıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilmiş qaydada eniş etdikdən sonra təyyarə təcili yardım xidmətləri tərəfindən qarşılanıb.