• 7 °C
|

Avropadakı epimediya fransızları təşvişə saldı – Nazirdən ÇAĞIRIŞ

11 Yanvar 2025
img

Fransanın səhiyyə naziri Yannik Noyder ölkə vətəndaşlarını qrip epidemiyası ilə əlaqədar tibbi maska ​​taxmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

"Biz epidemiya vəziyyətindəyik və maskadan istifadə çox vacibdir. COVID-19 zamanı bizdə qastroenterit (ishal və qusmaya səbəb olan infeksiya – red.) və qrip daha az idi" – deyə Fransanın səhiyyə naziri vurğulayıb.

Y.Noyder məcburi peyvəndin mümkünlüyünə də işarə vurub.

"Ola bilsin, məcburi peyvənd tətbiq edilsin. Bu mövzuda heç bir tabu olmamalıdır", – deyə o əlavə edib.

Qeyd edək ki, son günlər qrip epidemiyası Avropanı cənginə alıb və onlarla insanın ölümünə səbəb olub.