06 Apr 2025
Almaniya parlamenti (Bundestaq) miqrasiya qaydalarını sərtləşdirən qanun layihəsinə qarşı çıxıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Bundestaqın vitse-spikeri Petra Pau məlumat verib.
"338 deputat qanun layihəsinin lehinə, 350 deputat əleyhinə səs verib, 5 deputat bitərəf qalıb", – Pau qeyd edib.