• 12 °C
|

Donald Tramp: “Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var”

13 Fevral 2025
img

"Ukraynada müharibəni bitirmək üçün yaxşı imkan var".

Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib.

O əlavə edib ki, müharibəni yekunlaşdırmaq istiqamətində Rusiya və Ukrayna ilə uğurlu danışıqlar aparıb.

Qeyd edək ki, fevralın 12-də D.Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.