• 24 °C
|

Finlandiya parlamentində narkotik izləri tapıldı

14 Yanvar 2025
img

Finlandiya parlamentinin binasında Milad şənliyindən sonra tualetlərdə narkotik maddələrin izləri tapılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Yle” yayım şirkəti məlumat yayıb.

"Laboratoriya analizi göstərib ki, üç tualetdə narkotik maddələrin izləri aşkarlanıb", – telekanal qeyd edib.

Təhlillərə görə, Finlandiya parlamentinin tualetlərində amfetamin, ekstazi və kokain izləri aşkar edilib.