• 7 °C
|

HƏMAS İsrailə girovların siyahısını vermədi

6 Yanvar 2025
img

İsrail danışıqlar zamanı Qəzza zolağı ilə bağlı müzakirə edilən razılaşma çərçivəsində radikalların azad etməyə hazır olduqları girovların siyahısını hələ də HƏMAS-dan almayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Qendelman bildirib.

Eyni zamanda, Qendelman qeyd edib ki, İsrailin danışıq qrupu növbəti 24 saat ərzində Qətərə uça bilər.