• 7 °C
|

Hindistanın qırıcısı qəzaya uğradı

6 Fevral 2025
img

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000" qırıcısı planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb.

Oxu.Az ANI agentliyinə istinadla xəbər verir ki, hadisə Madhya-Pradeş ştatında baş verib.

Pilot katapult edərək sağ qalıb. Qəza yerindən yayılmış videoda təyyarənin hissələrinin yandığı, tüstü burumlarının qalxdığı görünür.

Qəzanın səbəbi araşdırılır.