• 12 °C
|

İndoneziya sahillərində GÜCLÜ SİLKƏLƏNMƏ

5 Fevral 2025
img

İndoneziya sahillərində 5.5 maqnitudalı zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Maluku adalarında Ternata şəhərindən 96 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 99 kilometr dərinlikdə baş verib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumata rast gəlinməyib, sunami təhlükəsi elan edilməyib.