• 6 °C
|

İranda universitet yataqxanasında yanğın: Tələbələr xəsarət aldılar

11 Yanvar 2025
img

İranda, İsfahan Texnologiya Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, məlumatı İsfahan əyaləti fövqəladə hallar idarəsinin baş direktoru Mənsur Şişeforuş da təsdiq edib.

Onun sözlərinə görə, yanğın nəticəsində iki tələbə xəsarət alıb.

"Onlardan biri tüstüdən zəhərlənib, digəri isə ayağından yanıq xəsarəti alıb", – deyə Mənsur Şişeforuş bildirib.