• 17 °C
|

İtaliya A Seriyası: “İnter” səfərdə çətin qələbə qazandı

12 Yanvar 2025
img

İtaliya A Seriyasının 20-ci turunda "İnter" səfərdə "Venesiya"nın qonağı olub.

Oxu.Az xəbər verir ki, gərgin keçən oyunda “İnter” minimal hesabla qələbə qazanıb. Yeganə qolu 16-cı dəqiqədə Matteo Darmian vurub.

Bu qələbədən sonra 43 xal toplayan "İnter" turnir cədvəlində ikinci sıraya yüksəlib.

Hazırda birinci pillədə 44 xalla "Napoli" qərarlaşıb.