• 4 °C
|

Meksikada güclü zəlzələ baş verdi

12 Yanvar 2025
img

Meksikanın qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Kolima şəhərindən 88 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 86 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.