• 6 °C
|

Məşhur üzgüçü Kaliforniyadakı yanğında 10 medalını itirib

10 Yanvar 2025
img

Üzgüçülük üzrə beşqat olimpiya çempionu, üç dəfə isə Dünya çempionu adına layiq görülmüş məşhur ABŞ-li idmançı Holl Qari Kaliforniyadakı meşə yanğınları nəticəsində 10 medalını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə idmançının atası öz “Facebook” səhifəsində məlumat verib.

İdmançının atasının yazdığına görə, yanğın zamanı üzgüçü beş qızıl, üç gümüş və iki bürünc olimpiya medalını itirib.

Qeyd olunur ki, yanğın sürətlə yayıldığından idmançı təcili evdən təxliyə olunub və medallarını özü ilə götürə bilməyib.