• 7 °C
|

“Meta” şirkəti “Bərabərlik, müxtəliflik və inklüzivlik” proqramının icrasını dayandırır

12 Yanvar 2025
img

ABŞ-nin "Meta" korporasiyası "Bərabərlik, müxtəliflik və inklüzivlik" (BMİ) proqramının icrasını dayandırır.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Artıq "Meta"nın insan resursları üzrə vitse-prezidenti Canel Qeyl BMİ-nin bütün dünyada çalışan işçilərə layihənin icrasının dayandırılmasına dair bildiriş göndərib.

"ABŞ-də bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dair hüquqi və siyasi münasibət dəyişir", – deyə C.Qeyl qeyd edib.

O əlavə edib ki, bərabərlik, müxtəliflik və inklüzivlik termininə münasibət birmənalı deyil, ona bəzi qruplara digərləri üzərində üstünlüyü kimi baxılır.