• 14 °C
|

Moskva vilayətində yaşayış binasında yanğın: Ölənlər var

3 Aprel 2025
img

Rusiyanın Moskva vilayətinin Vlasixa qəsəbəsində yaşayış binasında baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya fövqəladə hallar xidməti məlumat verib.

Qeyd olunub ki, yanğın zamanı ikisi uşaq olmaqla yeddi nəfər xilas edilib. Beşi uşaq olmaqla, ümumilikdə 20 nəfər təxliyə edilib. Hazırda yanğın söndürülüb.