• 8 °C
|

Myanmada milli matəm elan edildi

31 Mart 2025
img

Myanmanın Baş naziri Min Aun Xlayn zəlzələ nəticəsində 1 700-dən çox insanın həlak olması ilə əlaqədar martın 31-dən aprelin 6-dək respublikada milli matəm elan edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə MRTV telekanalı məlumat verib.

"İnsan itkisi ilə əlaqədar martın 31-dən aprelin 6-dək olan günlər ümummilli səviyyədə matəm günləri elan edilib", – deyə sərəncamda bildirilib.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələnin maqnitudası 7.9 olub. Zəlzələdən, həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.