• 6 °C
|

Planetin ən yaşlı sakini dünyasını dəyişdi

4 Yanvar 2025
img

Yaponiyanın ən yaşlı sakini və dünyanın ən yaşlı insanı Tomiko İtooka 116 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat verib.

Məlumata görə, İtooka dekabrın 29-da təbii səbəblərdən dünyasını dəyişib. Dünyanın ən yaşlı insanı titulunu Yaponiya sakini olan 116 yaşlı Fusa Tasuminin ölümündən sonra, 2023-cü ilin dekabrında alıb.

"Ginnesin Rekordlar Kitabı" 2024-cü ilin sentyabrında ona rəsmi olaraq ən yaşlı insan statusunu verib. İndi isə dünyanın ən yaşlı insanı 116 yaşlı Braziliya sakini İna Kanabarro Lukasdır.