• 6 °C
|

SEPAH ilk dəfə yeraltı raket bazasını nümayiş etdirib

11 Yanvar 2025
img

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeraltı raket bazalarından biri ilk dəfə olaraq nümayiş etdirilib.

Oxu.Az xəbər verir ki, kadrları “Azad İran” “Telegram” kanalı yayıb.

Təqdimatda SEPAH-ın baş komandanı, general Hüseyn Səlami və Aerokosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə iştirak ediblər.

Məlumata görə, İranın İsrailə qarşı iki raket hücumu – "Doğru Vəd-1" və "Doğru Vəd-2" əməliyyatının bir hissəsi bu yeraltı bazadan həyata keçirilib.