"Barselona" klubunun keçmiş futbolçusu, hazırda Braziliyanın "Korintians" klubunda çıxış edən niderlandlı Memfis Depay sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın “RMC Sport” nəşri məlumat yayıb.
Belə ki, 30 yaşlı hücumçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, şərti qaydada cəza alıb və 9 min avro cərimə olunub.
Xatırladaq ki, 30 yaşlı futbolçu 2024-cü il avqustun 6-da Monakoda sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb. Yoxlanış zamanı onun avtomobili içkili halda idarə etdiyi aşkarlanıb.