• 10 °C
|

Slovakiya tarixində ilk: Polisə qadın rəhbər təyin olundu

28 Yanvar 2025
img

Slovakiyada qadın general Yana Maşkarova polisə yeni rəhbər təyin edilib.

Oxu.Az-ın “Nsn.fm”ə istinadən xəbərinə görə, bu barədə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matuş Şutai-Eştok məlumat verib.

Məlumata görə, ölkə tarixində ilk dəfə olaraq bu quruma qadın rəhbərlik edəcək.

"Slovakiya polisi tarixində ilk dəfə olaraq qadın rəhbər təyin etmək mənim üçün şərəfdir", – deyə nazir vurğulayıb.

2023-cü ilin noyabr ayından quruma rəhbərlik edən əvvəlki polis rəhbəri Lyubomir Solak isə bu ayın ortalarında Spişska Stara Ves şəhərində gimnaziyaya silahlı hücumdan sonra istefa verib. O zaman 18 yaşlı gənc tədris müəssisəsindəki insanlara bıçaqla hücum etmiş və 2 nəfər həlak olmuşdu.