• 26 °C
|

Suriya prezidenti ilk səfərini hansı ölkəyə edəcək?

2 Fevral 2025
img

Əhməd əş-Şaraa Suriyanın keçid dövrü prezidenti kimi ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın “Əl Vətən” qəzeti məlumat yayıb.

Məlumata görə, o, fevralın 2-də Ər-Riyada gələcək. Səfərlə bağlı başqa təfərrüat açıqlanmır.

Qeyd edək ki, əş-Şaraa yanvarın 29-dan başlayaraq Suriya prezidenti səlahiyyətlərini icra edir.